ANAMA sədri minalarla bağlı hesabat verdi

   ANAMA sədri minalarla bağlı hesabat verdi
  31 Yanvar 2023    Oxunub:706
"2021-2022-ci illər ərzində ümumilikdə 63 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib".
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, 2021-ci ildə Zəfər yolu, Ağdam-Bərdə dəmir yolu xətti ilə bağlı işlərin icrası başa çatdırılıb:

“Ötən il ərzində çox mühüm layihə olan Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə əsas xəttin, o cümlədən Horadiz-Ağbənd avtomobil yolunun təmizlənməsi başa çatdırılıb. Bizim fəaliyyətimiz işğaldan azad olunan ərazilərdə icra olunan layihələri müşayiət etməkdən ibarətdir. Hər ilin sonunda Nazirlər Kabineti tərəfindən icra olunacaq layihələr və ərazilər təsdiq olunur. Biz də buna uyğun olaraq təmizləmə əməliyyatlarını həyata keçiririk”.

O əlavə edib ki, 2020-ci ilin 10 noyabr tarixindən bugünədək mina partlayışları nəticəsində 282 nəfər minaların qurbanı olub: “Mina hadisələri zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub. Təəssüflər olsun ki, mina qurbanların sayı artmaqda davam edir”.


AzVision.az



Teqlər:





Xəbər lenti