Orxanın nəşi Tehran aeroportuna gətirilib - FOTO

   Orxanın nəşi Tehran aeroportuna gətirilib -    FOTO
  29 Yanvar 2023    Oxunub:902
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun nəşi Tehran aeroportuna gətirilib.
Şəhidin atası Rizvan Əsgərov AzVision.az - a bildirib ki, oğlunun cənazəsi axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təhvil veriləcək.

Xatırladaq ki, yanvarın 27-si səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti