"Səfirliyə hücum beynəlxalq ictimaiyyəti ciddi narahat edir" - UNESCO nümayəndəliyi

   "Səfirliyə hücum beynəlxalq ictimaiyyəti ciddi narahat edir" -    UNESCO nümayəndəliyi
  28 Yanvar 2023    Oxunub:599
“Azərbaycanın İrandakı səfirliyində törədilən və 1 nəfərin ölümü, 2 nəfərin yaralanmasına səbəb olan dəhşətli terror aktı təkcə Azərbaycanı deyil, bütün beynəlxalq ictimaiyyəti ciddi narahat edir”.
AzVision.az xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasından bildirilib.

Qeyd olunub ki, indiyədək onlarla dövlət və beynəlxalq təşkilat Azərbaycan səfirliyində törədilən terroru qınayıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti