"Son iki ildə səfirliklərimizə 5 hücum olub"

  "Son iki ildə səfirliklərimizə 5 hücum olub"
  27 Yanvar 2023    Oxunub:641
Azərbaycanın diplomatik missiyalarına son iki ildə 5 hücum olub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Tehrandakı səfirliyə silahlı hücumla bağlı "Twitter" hesabındakı paylaşımında bildirib.

"Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Bir təhlükəsizlik əməkdaşı həlak olub, ikisi yaralanıb. Azərbaycanın diplomatik missiyalarına son iki ildə 5 hücum olub. Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkənin Vyana Konvensiyasını həyata keçirməyə çağırırıq", - o qeyd edib.

AzVision.az




Teqlər:





Xəbər lenti