Şəhid olan səfirlik əməkdaşı kimdir?

   Şəhid olan səfirlik əməkdaşı kimdir?
  27 Yanvar 2023    Oxunub:930
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov baş leytenant olub.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Şəhid O.Əsgərovun geriyə bir oğlu və bir qızı qalıb.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti