İrandakı qalmaqallı xain hücumu AzVision.az -a şərh edən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, bütün hallarda Tehranda baş verən hadisələrə görə həm də İran dövləti məsuliyyət daşıyır.
![]() |
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum: Mühafizənin rəhbəri öldürüldü - VİDEO |
Deputat qeyd edib ki, "əgər kimsə düşünürsə ki, bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcək, yanılır!".
- Səfirliyimizi peşəkarlıqla qoruyan təhlükəsizlik xidmətinin əməkdaşlarına təşəkkür edir, dünyasına dəyişənlərə rəhmət, yaralananlara şəfa diləyirəm, - Ceyhun Məmmədov baş verənlərdən təəssüfləndiyini vurğulayıb.
Tural Tağıyev
AzVision.az