Qurandakı elmi işarələr

Qurandakı elmi işarələr
  09 Aprel 2013    Oxunub:3236
Davamı. Əvvəli burada


7) Buna bənzər məna “mağara ayəsi”ndə də ifadə olunur: “Onlar mağarada üç yüz doqquz il qaldılar (üç yüz il qaldılar), üstünə bir doqquz il də əlavə olundu” (18: 25).
İndi bizə məlum olub ki, günəş təqvimi ilə 300 il saniyə dəqiqliyində 309 il təqviminə bərabərdir.

8) “Məryəm” surəsində Allah Məryəm haqqında danışır. Doğuş sancısı başlayanda o, xurma ağacının altında daldalanaraq, özünə ölüm diləyir. Bu zaman ona bir nida gəlir ki, xurma ağacını silkələ və tökülən təzə xurmadan ye: “Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Məryəm dedi: Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım. Dərhal Məryəmin (yaxud xurma ağacının) alt tərəfindən ona belə bir nida gəldi: “Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altında bir irmaq axıtdı. (Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə xurma tökülsün. (Xurmadan və sudan ye-iç )“ (19: 23-25).

Burada xurmalıq nə var, görəsən?

Palma ağacının barı olan xurmada uşaqlığın divarlarını sıxmağa (dartıb yığmağa) qadir xassəli element var ki, bu da doğuşa kömək edir. Bundan əlavə, bu element doğuşdan sonrakı hədsiz qanaxmanın da qarşısını alır. Tibb təcrübəsindən məlumdur ki, bitki otlarından olan dərman preparatları doğuşu yüngülləşdirir, onun təhlükəsizliyini artırır, irinli bağırsağı təmizləyir.

Elmi təcrübədən gətirilən bu misallar Allahın Quranda göstəriyi peyğəmbərə söylənmiş bir həqiqətdir: “Nə öncə, nə də sonra batil ona yol tapa bilməz” ( 41:42).

“Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar” (4:82).

9) Quranın bizanslıların məğlubiyyətindən sonra qələbə qazanacaqları haqqında qabaqcadan xəbər verməsi doğru çıxdı. “Rumlular (bizanslılar iranlılara) məğlub oldular. Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər. Bir neçə ilin içində. (üç illə doqquz, yaxud on il arasında)” (30:2-4)
“Biz`a” - ərəbcədən tərcümədə bir neçə deməkdir və ərəb dilində 3-dən 9-a kimi rəqəmləri ifadə edir. Doğrudan da, bizanslılar öz məğlubiyyətlərindən yeddi il sonra qalib gəldilər.

10) Müsəlmanların Bədr vuruşundakı qələbələri haqqında Quranda deyilir: “Bədr vuruşunda bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaq”. (54:45).

Peyğəmbərin (s) Məkkəyə girməzdən əvvəl gördüyü röya haqqında Quranda deyilir: “And olsun ki, Allah-təala öz peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi”.
“(Ey möminlər!) Siz, inşallah əmin-amanlıq içində, (bəziniz) başınızı qırxdırmış, (bəzinin) saçınızı qısaltmış halda və qorxmadan Məscidül-harama daxil olacaqsınız”. (48 : 27) Doğrudan da, elə belə də oldu.

***

Quranın sözləri doğrudan da, mütləq həqiqətdir, halbuki, ən görkəmli tədqiqatçı-alim ancaq nisbi həqiqətə çata bilər, çünki hər bir adam həqiqəti öz nöqteyi-nəzərindən görə bilər, onun bütün təsəvvürü isə məhduddur və gündən-günə, əsrdən-əsrə dəyişəcəkdir.

Bizlərdən hər biri həyatın ancaq bir sahəsini öyrənə bilər, qalan istiqamətləri isə biz əhatə etməyə və işıqlandırmağa qadir deyilik və seçdiyimiz istiqamətdə bizim əldə etdiyimiz biliklərimizin hamısı nisbi olacaq. Hərtərəfli biliyə və hər şeyi qavramağa ancaq Vahid Allah qadirdir. O, mütləq həqiqətə və mütləq biliyə çata biləcək gücə malik Vahiddir. Ona görə də biz deyirik ki, Quran Allah tərəfindən göndərilib, çünki hər şeydə mütləq həqiqətə ancaq O çatıb.

Hz. Məhəmməddən (s) Quranın mətni haqqında soruşurlar və o, cavab verir: “Onda, sizdən əvvəl nə olubsa hamısı var, sizin aranızda nə olacaqsa, onların şərhi var. O, müdrik xəbərdarlıqdır. O, Allahın möhkəm kəndiridir”.

Doğrudan da, Quran haqqında belə bir tərifi verməkdə Peyğəmbər (s) haqlıdır.

Əziz dostum, bizim kitabımız budur. Belə atributları olan kitab yazıla bilməz. O, ancaq hər şeyə qadir Allah tərəfindən göndərilmiş müqəddəs kitabdır.

Dilman Şahmərdanlı


Teqlər:





Xəbər lenti