Seçkilərdə 2 dəfə iştirak etməyən siyasi partiyaların nəzərinə!

   Seçkilərdə 2 dəfə iştirak etməyən siyasi partiyaların nəzərinə!
  21 Noyabr 2022    Oxunub:618
Azərbaycanda seçkilərdə 2 dəfə iştirak etməyən siyasi partiyalar ləğv edilməsinə dair tələb aradan qaldırılır.
AzVision.az -ın xəbərinə görə, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksni tapıb. Layihədə bununla bağlı müddəa əksini tapmayıb.

Qanun layihəsinin ilkin versiyasında qeyd edilmişdi ki, Milli Məclisin deputatlarının, Azərbaycan Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıra bilərdi.

AzVision.az



Teqlər:



Xəbər lenti