Bakıda mənzilə qumbara və qərənfil qoyan şəxs tutuldu

   Bakıda mənzilə qumbara və qərənfil qoyan şəxs tutuldu
  18 Noyabr 2022    Oxunub:842
Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunan 19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti