30 min manatı döyülərək alınan sahibkar izlənilirmiş - TƏFƏRRÜAT + VİDEO
Zərərçəkmiş Şakir Ağayevin övladlarının verdikləri məlumata görə, hadisə axşam saatlarında satıcılar getdikdən sonra, ataları mağazada tək olarkən baş verib.
Şakir Ağayevlə qonşu mağazada işləyənlər də bildiriblər ki, naməlum şəxs və ya şəxslər onu izləyib, bu cinayəti törədiblər.
Ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib ki, məlumat daxil olan kimi yaralı Şakir Ağayevə ilk tibbi yardımı ticarət mərkəzinin əməkdaşları göstəriblər. Daha sonra o xəstəxanaya aparılıb, hazırda vəziyyəti normaldır.
Həmin mağazanın qarşısında təhlükəsizlik kamerası olmasa da, ticarət mərkəzinin ümumi ərazisində kameralar var.
Faktla bağlı rayon polis idarəsində müvafiq maddələrlə cinayət işi başlanıb, bu əməli törədən şəxs və ya şəxslərin axtarışı aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


