Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var

 Kəlbəcərdə yük avtomobili dərəyə aşıb,  ölən var
  14 Noyabr 2022    Oxunub:868
Kəlbəcərdə yük avtomobili dərəyə aşıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə noyabrın 14-ü saat 2 radələrində rayonun Yanşaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb və nəticədə sürücü hadisə yerində ölüb. Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti