Daha 51 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

   Daha 51 nəfər COVID-19-a yoluxub,    2 nəfər vəfat edib
  04 Noyabr 2022    Oxunub:633
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 51 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 469 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 201 nəfər müalicə olunaraq sağalıb, hazırda 315 aktiv xəstə var. Bu günə qədər 9 953 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 935, bu günə qədər isə ümumilikdə 7 329 356 test icra olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti