Azərbaycanda qrip virusu yoxdur - RƏSMİ

   Azərbaycanda qrip virusu yoxdur -    RƏSMİ
  02 Noyabr 2022    Oxunub:747
"Hazırda Azərbaycanda qrip virusunun olması təsdiqlənməyib".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, qrip və koronavirusa yoluxması ehtimal edilən şəxslərdən götürülən test nümunələri yoxlanılıb: “Lakin heç bir nümunədə qrip virusu aşkar edilməyib. Xəstələnən şəxslər kəskin respirator virus infeksiyalarına yoluxublar”.

Koronavirusla bağlı vəziyyət stabildir deyən T. Eyvazov bildirib ki, pandemiya dövründən indiyə qədər xəstələrin sayı ən aşağı səviyyədədir: "Düzdür bəzən xəstəliyi yüngül keçirənlər müraciət etmir və statistika real rəqəmi tam göstərmir. Amma vəziyyət normaldır".

AzVision.az


Teqlər:



Xəbər lenti