Azərbaycanın Misir və BƏƏ-dəki səfirləri dəyişdirilib

   Azərbaycanın Misir və BƏƏ-dəki səfirləri dəyişdirilib
  17 Oktyabr 2022    Oxunub:1007
Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
AzVision.az -ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Eyni zamanda Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının növbəti sərəncamı ilə Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Qeyd edək ki, E.Bağırov bu təyinata qədər Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsində çalışırdı.

AzVision.az


Teqlər:



Xəbər lenti