- Doğrudur bu təlimlər İranın Azərbaycanla sərhədində keçirilir. Amma qonşumuz bu hədəli təlimləri öz xalqına hesablayıb. Şimal-şərq sərhədində aparılan hərbi təlimlər plan üzrədir. İranın daxilində vəziyyət o qədər də ürək açan deyil deyə bu təlimləri hayküylü keçirir.
Bəs İran Azərbaycana hücuma keçə bilərmi? Deyim ki, Azərbaycanın ən kritik dönəmlərində, hətta İran İslam Keçikçiləri Korpusu belə bir ağılsız, yerində olmayan hərəkət etməyib. O ki qaldı indi! 44 günlük Vətən müharibəsində İran Azərbaycan ordusunun gücünü girdi.
Cənub qonşumuz vaxtaşırı belə hayküylü və hədə-qorxu xarakterli təlimlər keçirir.
Azərbaycan ordusu və dövləti 90-cı illərdə olduğu kimi deyil. Xeyli fərqli mənzərə var. Yanımızda qardaş Türkiyə və digər ölkələr dayanıb. Ona görə də, İranın bu təlimlərlə
Azərbaycanı qorxutduğunu düşünmək gülüncdür. Bizi nəylə qorxutmaq olar? Biz qorxub erməni kimi harasa qaçası deyilik ki?! Ermənilər vəziyyət bir az gərginləşən kimi ya Fransaya, ya okeanın o tayına, ya da vasallarının yanına üz tuturlar. Azərbaycan insanı ən ağır dövrlərdə belə qaçmayıb. Indi də öz yerindədir.
Bu təlimlərdən narahat olmağa dəyməz. Hərbi nöqteyi-nəzərdən Azərbaycan üçün təhlükəsi yoxdur. Təhlükəsi olmadığına görə müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılır.
Şahanə Rəhimli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


