Bu ilin 8 ayında 2310 əkiz və 105 üçəm doğulub

   Bu ilin 8 ayında 2310 əkiz və 105 üçəm doğulub
  17 Oktyabr 2022    Oxunub:882
Azərbaycanda yanvar-avqust aylarında 2310 əkiz, 105 üçəm, 4 dördəm doğulub.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 83010 doğulan körpə qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,4-ə qədər artıb. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,9 faiz, qızların xüsusi çəkisi isə 47,1 faiz olub.

AzVision.az



Teqlər:



Xəbər lenti