"Rusiya İran PUA-ları ilə şəhərlərimizə zərbələr endirir" - Zelenski

   "Rusiya İran PUA-ları ilə şəhərlərimizə zərbələr endirir" -    Zelenski
  06 Oktyabr 2022    Oxunub:703
Rusiya Federasiyası İranın pilotsuz təyyarələri və raketləri ilə Ukrayna şəhərlərinə hücum edib.
AzVision.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu prezident Vladimir Zelenski “Avropa siyasi birliyi” Zirvə Toplantısında liderlərin görüşündə çıxışı zamanı deyib.

"Bu gün Rusiya Ukrayna şəhərlərinə növbəti dəfə hava zərbələri endirib. Onlar yenə İranın pilotsuz təyyarələrindən istifadə edib. Yeri gəlmişkən, Rusiya İran PUA-larından hər gün istifadə edir. Amma İran isə PUA-larının guya burada olmadığını deyib", - dövlət başçısı bildirib.

O vurğulayıb ki, bu zərbələr nəticəsində yenə də qurbanlar - ölənlər və yaralananlar, yanan evlər var.




Teqlər:





Xəbər lenti