Xarici işlər nazirlərinin görüşün arası kəsilməməlidir" - Dövlət başçısı

 Xarici işlər nazirlərinin görüşün arası kəsilməməlidir" -  Dövlət başçısı
  06 Oktyabr 2022    Oxunub:685
"Bildiyiniz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bizim fikrimizcə, bunun arası kəsilməməlidir".
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.

“Nazirlər tezliklə ikinci dəfə görüşməlidir və biz təklif etdik ki, bundan sonra hər iki ölkənin işçi qrupları bir araya gəlsinlər və bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yəni, bizim niyyətimiz bundan ibarətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti