Dəniz Akademiyasının yataqxanası legioner futbolçulara verilib? - AÇIQLAMA

   Dəniz Akademiyasının yataqxanası legioner futbolçulara verilib? -    AÇIQLAMA
  06 Oktyabr 2022    Oxunub:744
Bəzi KİV-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasınınn yataqxanasından oğlan tələbələrin hamısının çıxarılması, otaqların isə “Səbail” Futbol Klubunun legioner üzvlərinə verilməsinə dair yayılan məlumat həqiqəti əks etdirmir.
AzVision.az bu barədə ASCO məkumat yayıb. Bildirilib ki, ADDA-nın yataqxanası ümumilikdə 312 yerlikdir.

"Hazırda burada 292 nəfər tələbə yaşayır. Yay aylarında dərs olmadığı müddətdə adıçəkilən klubun legioner oyunçuları yox, 20 nəfər uşaq futbol komandasının üzvləri yataqxanada müvəqqəti yerləşdirilib. Yeni tədris ilinin başlanması ilə əlaqədar rəhbərliyin tapşırığına uyğun olaraq “Səbail”in Uşaq Futbol Akademiyasının üzvlərinin yataqxanadan çıxarılması prosesinə başlanılıb. Yaxın günlərdə 20 yerə də müraciətlərə uyğun tələbələr yerləşdiriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti