Minatəmizləmə əməliyyatları ilə bağlı statistika

   Minatəmizləmə əməliyyatları ilə bağlı statistika
  06 Oktyabr 2022    Oxunub:650
Baş prokurorluq minatəmizləmə əməliyyatları ilə bağlı statistikanı açıqlayıb.
AzVision.az xəbər verir ki, 2020-ci ilin noyabrından 2022-ci ilin oktyabrına kimi minatəmizləmə əməliyyatları zamanı 549 239 577 kv.m (54 924 ha) təhlükəli ərazi təmizlənib.25 781 piyada əleyhinə mina (PƏ), - 12 561 tank əleyhinə mina (TƏ), - 33 736 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Artilleriya atəşinə məruz qalmış iri şəhərlərdə və digər yaşayış məntəqələrində (12 500 ha ərazidə) beynəlxalq hüquq normaları ilə qadağan edilmiş 722 ədəd kasetli və 67 ədəd müxtəlif təyinatlı ağ fosforlu sursat aşkar edilərək zərərsizləşdirilib. 

Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 72 078 mina və digər partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

"Ermənistan ilk vaxtlarda formulyarların  mövcudluğunu inkar etsə də, daha sonra bəzi mina formulyarları Azərbaycan tərəfinə təqdim edilib. 2021-ci ilin iyun-dekabr tarixləri arasında Ermənistan tərəfindən 919 mina formulyarı təqdim olunub. Qeyd olunan formulyarların dəqiqliyinin çox aşağı səviyyədə (təqribən 25 %) olması müəyyən edilib. Keçmiş təmas xətti boyunca bəzi ərazilərin isə (71 km) mina xəritələri ilə bağlı məlumatlar ümumiyyətlə təqdim edilməyib. Sadalananlar yalnız kütləvilik ehtiva edən, cəzasız qalan hərbi cinayətlərdir",- deyə prokurorluğun məlumatında deyilir.

Şəhanə Rəhimova
AzVision.az



Teqlər:





Xəbər lenti