"Xırdalan-Bakı qatarının havalandırma sistemində fasilələr baş verib" - ADY

   "Xırdalan-Bakı qatarının havalandırma sistemində fasilələr baş verib" -    ADY
  06 Oktyabr 2022    Oxunub:639
"Azərbaycan Dəmir Yolları" QSC Xırdalan-Bakı qatarında sərnişinlərin etirazına münasibət bildirib
Qurumdan AzVision.az -a verilən məlumata görə, bu gün səhər saat 08:15 radələrində Xırdalan-Bakı istiqamətində hərəkət edən 6008 nömrəli elektrik qatarının havalandırma sistemində fasilələr baş verib.

ADY bu hadisə və sərnişin sıxlığını aradan qaldırmaqla bağlı atılacaq addımlara dair yaxın saatlarda açıqlama yayacaq.

Xatırladaq ki, bu gün səhər saatlarında Xırdalan-Bakı qatarında sərnişin sıxlığı və havalandırma sisteminin olmaması səbəbindən 1 nəfərin səhhətində problem yaranıb. Bununla bağlı sərnişinlər stansiya rəhbərliyinə etiraz ediblər.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti