Kamran Əliyev: "Meyitlər aşkarlandıqca onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq"

      Kamran Əliyev:    "Meyitlər aşkarlandıqca onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq"
  06 Oktyabr 2022    Oxunub:660
“I Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edirlər”.
AzVision.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəfələrlə ermənistanlı həmkarı ilə görüşdə bu məsələni qaldırıb: “Amma təəssüf ki, onlar bundan yayınırlar və məsuliyyəti üzərindən atmağa çalışırlar. Amma biz bunları tapılan kütləvi məzarlıqlarda aşkarlayırıq. Bu gün hər itkin düşənin 2-3 qohumundan DNT nümunələri götürmüşük. Biz meyitlər aşkarlandıqca onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyən edilib. Kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”.

Şəhanə Rəhimova
AzVision.az



Teqlər:





Xəbər lenti