Tovuz döyüşləri ilə bağlı 4 cinayət işi başlanıb

   Tovuz döyüşləri ilə bağlı 4 cinayət işi başlanıb
  06 Oktyabr 2022    Oxunub:883
"2020-ci ilin iyul ayının 14-16-sı tarixlərində Tovuz və Qazax rayonları ərazisinin müxtəlif odlu silahdan və minaatanlardan atəşə tutulması ilə 1 nəfər ölüb, Qazax rayonunda 6 nəfər mülki şəxsə maddi ziyan dəyib, Tovuz rayonunun sakinlərindən 65 nəfərə evlərinin dağılması nəticəsində müxtəlif məbləğlərdə maddi ziyan dəyib".
AzVision.az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, qeyd olunan faktlar üzrə 4 cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. 2020-ci ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni təcavüzü nəticəsində 12 hərbi qulluqçu qəsdən öldürülüb, 65 hərbi qulluqçu öldürülməyə cəhd edilib.

Şəhanə Rəhimova
AzVision.az




Teqlər:





Xəbər lenti