"Atəşkəs dövründə ermənilər 400 hərbçimizi qətlə yetirib"

   "Atəşkəs dövründə ermənilər 400 hərbçimizi qətlə yetirib"
  06 Oktyabr 2022    Oxunub:467
"12 may 1994-cü il tarixli Bişkek protokolu əsasında tətbiq edilən atəşkəsdən sonra 2020-ci ilin sentyabr ayına qədər azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı 918 cinayət işi başlanıb, atəşkəs dövründə 400 hərbi qulluqçu və 31 mülki şəxs qəsdən öldürülüb, 1042 hərbi qulluqçu və 69 mülki şəxs qəsdən öldürülməyə cəhd edilib".
AzVision.az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, qeyd edilən bu cinayətlərin böyük əksəriyyəti çoxsaylı epizodları əhatə edir: "Cinayət işləri üzrə 305 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib".

Şəhanə Rəhimova
AzVision.az

Teqlər:







Xəbər lenti