Üçtərəfli bəyanatdan sonra mina partlamasından 34 azərbaycanlı ölüb

   Üçtərəfli bəyanatdan sonra mina partlamasından 34 azərbaycanlı ölüb
  06 Oktyabr 2022    Oxunub:450
"Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış üçtərəfli bəyanatdan sonra mina və digər  qurğuların partlaması nəticəsində 34 nəfər qəsdən öldürülüb, 73 nəfəri isə mina və digər qurğuların partlaması nəticəsində, 1 nəfəri isə odlu silahdan açılmış atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb".
AzVision.az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, qeyd edilən cinayət işlərin üzrə 35 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində axtarış elan edilib. Həmin 35 təqsirləndirilən şəxsdən 12-si Rusiya Federasiyasının, 17-si Ermənistan Respublikasının, 5-i Fransa Respublikasının, 1-i isə Gürcüstanın vətəndaşlarıdır.

"Həmin cinayət işlərindən 7 cinayət işi üzrə 151 (onlardan 133 şəxs VoMA siyahısı üzrə) şəxs barəsində 23 ölkəyə 36 beynəlxaq hüquqi yardım göstərilməsi haqqında vəsatət göndərilib".

Şəhanə Rəhimova
AzVision.az

Teqlər:







Xəbər lenti