"Şagird evdən çıxıb məktəbə dalaşmağa yox, təhsil almağa getməlidir" - Komitə

   "Şagird evdən çıxıb məktəbə dalaşmağa yox, təhsil almağa getməlidir" -    Komitə
  04 Oktyabr 2022    Oxunub:794
Təhsil ocağında "bullinq" hadisəsinin baş verməsi təəssüf və təəccüb doğurur. Çünkü, şagird evdən çıxıb məktəbə dalaşmağa yox, təhsil almağa getməlidir.
AzVision.az xəbər verir ki, bu barədə Ailə, qadın və Uşaq Problemələri üzrə Dövlət Komitəsinin məlumatında qeyd edilib. Bildirilib ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 112 saylı tam orta məktəbdə təhsil alan 9-cu sinif şagirdinin öz sinif yoldaşına qarşı fiziki zorakılıq tətbiq olunmasını əks etdirən video görüntü ilə əlaqədar olaraq Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin və digər aidiyyəti qurumların əməkdaşları məktəbə səfər ediblər.

"Məsələnin ətraflı öyrənilməsi məqsədilə məktəblilər, onların valideynləri, eləcə də məktəb rəhbərliyi və məktəbin psixoloqu ilə ətraflı söhbətlər aparılıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək.

Əziz valideynlər, övladlarınıza başqalarına qayğı və diqqət göstərməyi aşılayın!"

AzVision.az



Teqlər:





Xəbər lenti