Hulusi Akar Bakıda Ermənistana xəbərdarlıq etdi

   Hulusi Akar Bakıda    Ermənistana xəbərdarlıq etdi
  04 Oktyabr 2022    Oxunub:414
“Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi Cənubi Qafqazda daimi sülh və sabitlik üçün tarixi fürsət yaradıb”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq “tək millər, iki dövlət” şüarı ilə ən ali səviyyədə davam edəcək.

Hulusi Akar əlavə edib ki, Ermənistan təhrik və təxribatlardan əl çəkməlidir: "Ermənistan regional əməkdaşlığa köklənməli, uzadılan sülh əlini tutmalıdır. Ermənistanın sentyabrın 12-13-də sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan Azərbaycan hərbçilərinə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Türkiyə olaraq bu günə kimi olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarımızla tək yumruq olmağa davam edəcəyik”.

AzVision.az

Teqlər: Türkiyə   Azərbaycan  







Xəbər lenti