Xəbərdarlıq: Güclü külək əsəcək, şimşək çaxacaq

      Xəbərdarlıq:    Güclü külək əsəcək, şimşək çaxacaq
  04 Oktyabr 2022    Oxunub:309
Bakıda və Abşeron yarımadasında oktyabrın 5-dən 6-na keçən gecədən başlayaraq 7-si axşamadək şimal-qərb küləyi 15-20 m/s, arabir 22-27 m/s olacaq.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında oktyabrın 6-da şərq rayonlarında, 7-8-də isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Oktyabrın 5-i axşamdan 7-si gündüzədək qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s olacaq.

AzVision.az

Teqlər:







Xəbər lenti