"Qardaş ölkələrin şirkətlərini tərəfdaşımız olaraq görmək istəyirik"

   "Qardaş ölkələrin şirkətlərini tərəfdaşımız olaraq görmək istəyirik"
  04 Oktyabr 2022    Oxunub:267
"İndi isə torpaqlarımızı işğaldan azad etdikdən sonra biz irimiqyaslı yenidənqurma proqramı həyata keçiririk və qardaş ölkələrin şirkətlərini tərəfdaşımız olaraq görmək istəyirik".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edərkən deyib.

"Eyni zamanda, ilin əvvəli də çox yaddaqalan olub - ölkənizdən olan şirkət tərəfindən maliyyələşdirilən böyük elektrik enerjisi stansiyası layihəsinə start verilib. Həmin layihə ilin əvvəli üçün yaxşı start idi və layihə uğurla gedir. Bu yaxınlarda hökumətinizin bir sıra üzvləri ilə görüşüm oldu və mənə layihənin gedişi ilə bağlı məlumat verildi", - dövlət başçısı əlavə edib.

AzVision.az

Teqlər:







Xəbər lenti