Türkiyə səfiri Hikmət Hacıyevlə görüşdü

   Türkiyə səfiri Hikmət Hacıyevlə görüşdü
  04 Oktyabr 2022    Oxunub:889
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
AzVision.az xəbər verir ki, səfir bununla bağlı özünün tviter hesabında bildirib.

Diplomat qeyd edib: “Hikmət Hacıyevə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi tərəfindən Qarabağ Zəfəri ilə əlaqədar hazırlanmış gümüş xatirə sikkəsini hədiyyə etdim. Türkiyə haqlı mübarizəsində sonadək Azərbaycanın yanındadır”.

AzVision.az



Teqlər:





Xəbər lenti