"Qəbələ" "Hayduk"a qarşı

   "Qəbələ" "Hayduk"a qarşı
  04 Oktyabr 2022    Oxunub:539
“Qəbələ”nin U-19 komandası bu gün UEFA Gənclər Liqasının 1-ci mərhələsi çərçivəsində cavab oyununa çıxacaq.
AzVision.az xəbər verir ki, komanda Xorvatiya “Hayduk”u (U-19) ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda oynanılacaq matç saat 17:00-da başlayacaq. Görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında Xorvatiyadakı ilk görüşdə "Qəbələ" 0:3 hesabı ilə uduzmuşdu.

4 oktyabr

UEFA Gənclər Liqası, Çempionlar yolu, 1-ci mərhələ, cavab oyunu

17:00. "Qəbələ U-19" - "Hayduk U-19"
Baş hakim:
Arda Kardeşler (Türkiyə)
Qəbələ şəhər stadionu.
İlk oyun - 0:3

AzVision.az



Teqlər:





Xəbər lenti