Arvadını bıçaqlayan şəxslə bağlı cinayət işi başlanıldı

   Arvadını bıçaqlayan şəxslə bağlı cinayət işi başlanıldı
  04 Oktyabr 2022    Oxunub:547
Kürdəmir rayonunda arvadını bıçaqlayan şəxslə bağlı cinayət işi başlanılıb.
Rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, oktyabrın 03-ü saat 11 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 1989-cu il təvəllüdlü Durbəs Bəkirovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Rəcəb Bəkirovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Durbəs Bəkirovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Rəcəb Bəkirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti