Son üç ayda 76 nəfəri ilan sancıb

   Son üç ayda 76 nəfəri ilan sancıb
  04 Oktyabr 2022    Oxunub:470
Son üç ayda (yay aylarında) ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 76 nəfər müraciət edib.
KTM-dən AzVision.az -a verilən məlumata görə, onlardan yeddisinin vəziyyəti kəskin ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilib. Bir nəfərin müalicəsi isə hələ də davam etdirilir.

Müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb.

Həmçinin, bu müddət ərzində on bir nəfər həşərat sancması diaqnozu ilə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Bu hal üzrə də ölüm qeydə alınmayıb.

Mərkəzdən bildirilib ki, havaların soyuması ilə əlaqədar olaraq, artıq bu kimi müraciətlərin sayında azalma müşahidə edilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti