Bakı məktəbində insident: Şagird döyüldü - VIDEO+YENİLƏNİB

   Bakı məktəbində insident:    Şagird döyüldü - VIDEO+YENİLƏNİB
  04 Oktyabr 2022    Oxunub:1630
Sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüz zamanı baş verib.
Bakı şəhəri 112 nömrəli tam orta məktəbdən AzVision.az-a cavab olaraq bildirilib ki, həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb.

"Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb.

Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".

***
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu 112 nömrəli məktəbdə baş verən insidentlə bağlı açıqlama verib.

Qurumdan AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür.

Bakı məktəbində şagirdin döyülməsinə dair video yayılıb.

AzVision.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu 112 nömrəli məktəbdə qeyd edə alınıb.

Yayılan videoda şagirdlərdən birinin digərini amansızca döyməsi qeydə alınıb.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti