Ərdoğan Azərbaycana gələcək

   Ərdoğan Azərbaycana gələcək
  03 Oktyabr 2022    Oxunub:355
İki həftə ərzində Zəngilan hava limanının açılışı ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir.
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O bildirib ki, hazırda Zəngilan Beynəlxalq Hava Limanının açılışı üçün hazırlıqlar tamamlanmaq üzrədir. Texniki uçuş sınaqları həyata keçirilir:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı üçün səfəri isə iki həftə ərzində gözlənilir”.

AzVision.az

Teqlər:







Xəbər lenti