Suqovuşanda döyüşlərin getdiyi real kadrlar - VİDEO

   Suqovuşanda döyüşlərin getdiyi real kadrlar -    VİDEO
  03 Oktyabr 2022    Oxunub:305
Suqovuşanın işğaldan azad edilməsinin 2-ci il dönümü günündə “AzərEnerji” ASC rəsmi sosial şəbəkə səhifələrində maraqlı paylaşım edib.
AzVision.az xəbər verir ki, Suqovuşanda döyüşlərin getdiyi real kadrlardan, tamamilə dağıdılmış su elektrik stansiyasının müharibədən sonrakı vəziyyətindən tutmuş, tikinti, yenidənqurma və istismara verilmə dövrünə qədər görüntülərdən ibarət video rolikdə xronoloji ardıcıllıqla gedişat əks olunub.

Qeyd edək ki, 2020-ci ilin 3 oktyabrında ermənilər tərəfindən tamamilə dağıdılan və müharibə zamanı mərmi yağışı altında qalan 7,8 MVt gücündə “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektik stansiyaları “AzərEnerji” tərəfindən cəmi bir il ərzində tikilərək tamamilə yenidən qurulub və Suqovuşanın işğaldan azad edilməsinin bir illiyi tamam olan gün - 2021-ci ilin 3 oktyabr tarixində Prezident İlham Əliyevin iştirakıyla istismara verilib.



AzVision.az

Teqlər:







Xəbər lenti