Azərbaycanda kibertəhlükəsizliklə bağlı yeni sənədlər təsdiq olunacaq

   Azərbaycanda kibertəhlükəsizliklə bağlı yeni sənədlər təsdiq olunacaq
  03 Oktyabr 2022    Oxunub:310
Azərbaycanda iki vacib normativ aktın təsdiq olunması gözlənilir.
AzVision.az xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib.

İ.Musayev qeyd edib ki, bunlardan biri kritik informasiya strukturunun təhlükəsizliyi ilə bağlıdır. Eyni zamanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasının da təsdiq olunması gözlənilir.

AzVision.az

Teqlər:







Xəbər lenti