Minaya düşən fəhlə ilə bağlı DİN-dən açıqlama

   Minaya düşən fəhlə ilə bağlı DİN-dən açıqlama
  02 Oktyabr 2022    Oxunub:765
Xocavənd rayonunda mina partlayışı olub. Daxil İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən xəbərə görə hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb.
Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilişində fəhlə işləyən Rasif Kərimzadə meşəlik əraziyə keçərək piyada əleyhinə minaya düşüb:

"Partlayış nəticəsində Rasif Kərimzadə ayaq nahiyəsindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Həyatı üçün ciddi təhlükə yoxdur".

Qeyd edək ki, minaya düşən Rasif Kərimzadə Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisini həyata keçirən şirkətin əməkdaşıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti