Serbiya Prezidenti: “İlham Əliyev olmasaydı, qaz və elektrik enerjisi təchizatı bizim üçün çətin olardı”

    Serbiya Prezidenti:  “İlham Əliyev olmasaydı, qaz və elektrik enerjisi təchizatı bizim üçün çətin olardı”
  01 Oktyabr 2022    Oxunub:375
“Bolqarıstanlı və yunanıstanlı dostlarımızı bu interkonnektorun uğurla tamamlanması münasibətilə təbrik edirəm”.
AzVision.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi zamanı deyib.

Onun sözlərinə görə, layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir:

“Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız.

Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”.

AzVision.az

Teqlər: Serbiya   Azərbaycan  







Xəbər lenti