İran Türkiyəyə qaz nəqlini 8 gün dayandırır

   İran Türkiyəyə qaz nəqlini 8 gün dayandırır
  01 Oktyabr 2022    Oxunub:669
İrandan Türkiyəyə qaz nəqlini həyata keçirən magistral boru xətti profilaktika işləri ilə bağlı oktyabrın 2-dən 9-dək bağlanacaq.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkəti bildirib.

Şirkətin məlumatına əsasən, həmin boru xətti ilə qaz nəqli 8 gün müddətinə dayandırılacaq.

Qeyd edək ki, İran Rusiyadan sonra Türkiyəyə ikinci ən böyük qaz ixracatçısıdır. Bu ilin yeddi ayı ərzində İrandan Türkiyəyə 5,3 milyard kubmetr qaz nəql olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti