Təhsil fəaliyyəti ilə bağlı olan avadanlıqlar gömrük rüsumundan azad edilir

Təhsil fəaliyyəti ilə bağlı olan avadanlıqlar gömrük rüsumundan azad edilir
  30 Sentyabr 2022    Oxunub:563
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olmuş “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən, təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqların, cihazların, qurğuların və digər vasitələrin gömrük rüsumundan azad edilməsi nəzərdə tutulub.

Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək.

Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-dən 2 il ərzində qüvvədə olacaq.
Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, bu müəssisələrdə təhsil alanların daha keyfiyyətli praktiki biliklər əldə etməsinə, bütövlükdə təhsilin mühüm pilləsi olan ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti