Bayrağa hörmətsizlik edən məmur barəsində cinayət işi açıldı - VİDEO

   Bayrağa hörmətsizlik edən məmur barəsində cinayət işi açıldı -  VİDEO
  30 Sentyabr 2022    Oxunub:909
Bərdə rayon İcra Hakimiyyəti əməkdaşının Azərbaycan bayrağına qarşı kobud davranışı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə Rayon Polis Şöbəsinə tapşırılıb.

Qeyd edək ki, sosial şəbəkədə Bərdə rayon İcra Hakimiyyəti aparatının işçisinin Dövlət bayrağı ilə davranışı barədə videogörüntülər yayılıb. Onun I Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı”ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov olduğu müəyyənləşib. Z.Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib.



AzVision.az


Teqlər:





Xəbər lenti