Xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

   Xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
  30 Sentyabr 2022    Oxunub:1178
Bu il 300-dən artıq gənc xaricdə təhsil almaq imkanı əldə edib.
AzVision.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən təhsil sərgisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda 28 min azərbaycanlı tələbə qardaş Türkiyədə təhsil alır:

"Bütün sahələrdə olduğu kimi qardaş Türkiyə ilə təhsil sahəsində də əməkdaşlığımız inkişaf edir. Azərbaycan üçün xaricdə təhsil işi hər zaman önəmli olub. Hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin dövründə xaricdə təhsil alaraq ölkəyə qayıdan gənclərimiz ölkəmizin gələcək uğurlarında əsas aktorlardan birinə çevrilib".

AzVision.az



Teqlər:





Xəbər lenti