Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı
  30 Sentyabr 2022    Oxunub:932
Hazırda 7 mindən artıq xarici tələbə Azərbaycanda təhsil alır.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "BYF EDUEXPO 2022" təhsil sərgisinin açılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, daha çox tələbənin ölkəyə cəlb edilməsi üçün "Study in Azerbaijan" layihəsini genişləndirmək niyyətindədirlər:

"1979-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən xaricdə təhsil almağa göndərilən şəxslər sonradan ölkəmizin müstəqilliyinin qurulması və möhkəmləndirilməsində misilsiz rol oynayıblar. Bu gün istər dövlət, istərsə də dövlət proqramından kənar yollarla on minlərlə gənc Azərbaycandan kənarda təhsil almaq imkanı əldə edirlər. Eyni zamanda, ölkəmizdə təhsil alan xarici tələbələrin də sayı hər il artır".

AzVision.az



Teqlər:





Xəbər lenti