Bakıda keçirilən NATO kursu başa çatıb - FOTOLAR

Bakıda keçirilən NATO kursu başa çatıb -    FOTOLAR
  30 Sentyabr 2022    Oxunub:598
NATO-nun ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) sentyabrın 29-da bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, tədbir iştirakçılarına kursun yekunlarına dair brifinq təqdim olunub.

Kurs zamanı dinləyicilər iki qrup üzrə İT (İnformasiya texnologiyası) infrastrukturunun və OCC E&F proqram təminatının qurulması, idarə edilməsi, eyni zamanda, proqram təminatı vasitəsilə OCC E&F tədbirlərinin planlama və qiymətləndirmə tapşırıqlarını icra ediblər.

Tədbirin sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim olunub.















AzVision.az



Teqlər:





Xəbər lenti