Tovuzun kəndlərinə elektrikin verilişi bərpa edilib

Tovuzun kəndlərinə elektrikin verilişi bərpa edilib
  23 Sentyabr 2022    Oxunub:610
Tovuzun kəndlərinə elektrik enerjisinin verilişi bərpa edilib.
Bunu AzVision.az - a "Azərişıq" ASC-dən bildiriblər.

Qeyd edək ki, sentyabrın 23-də günün ikinci yarısında Tovuzun bir sıra kəndlərində güclü külək nəticəsində elektrik enerjisi təchizatı kəsilib.

Hazırda Tovuz rayonunun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə təchiz edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti