Metroda sıxlıq: “Elmlər Akademiyası” stansiyasına giriş bağlanıb?

      Metroda sıxlıq:     “Elmlər Akademiyası” stansiyasına giriş bağlanıb?
  23 Sentyabr 2022    Oxunub:1285
“Elmlər Akademiyası” metro stansiyasında sərnişin axınının çoxluğunu nəzərə alaraq, tənzimlənmə mexanizmləri sərnişin təhlükəsizliyi tələblərinə əməl olunmaqla həyata keçirilir”.
AzVision.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Bəzi şayiələr yayılır ki, guya stansiyanın girişi tam bağlanılıb, içəri adam buraxılmır. Belə bir hal yoxdur. Tam məhdudlaşdırmadan söhbət getmir", -B. Məmmədov deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə metronun "Elmlər Akademiyası" stansiyasında sıxlığın yaranması barədə görüntülər paylaşılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti