Prokurorluqdan “Kanal 13”ün rəhbərliyinə XƏBƏRDARLIQ

   Prokurorluqdan “Kanal 13”ün rəhbərliyinə    XƏBƏRDARLIQ
  23 Sentyabr 2022    Oxunub:672
“Kanal 13” adlı “YouTube” kanalının təsisçisi Əziz Orucova xəbərdarlıq olunub.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” haqqında Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq “Kanal 13” adlı “YouTube” kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.

Əziz Orucova sentyabrın 15-də “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub.

Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti