Qadına işgəncə verən oğul polisə çağrıldı - VİDEO+YENİLƏNİB

 Qadına işgəncə verən oğul polisə çağrıldı -  VİDEO+YENİLƏNİB
  23 Sentyabr 2022    Oxunub:690
Bakıda 90 yaşlı qadına oğlu və gəlini tərəfindən qeyri-insani rəftar olunması ilə bağlı dərhal aidiyyəti üzrə araşdırılmaya başlanılıb. Ünvan müəyyən olunub. Qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub.
Bu barədə AzVision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Araşdırma nəticəsində videoda əksini tapan görüntülərin 7 ay əvvəl çəkildiyi məlum olub. Hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***
Azərbaycanda 90 yaşlı qadına işgəncə verilməsi ilə bağlı araşdırmaya başlanılıb.


Bu barədə AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məumat verilib.

Qeyd edəki ki, sosial şəbəkələrdə Bakının Buzovna qəsəbəsində Şərabanu adlı 90 yaşlı qadına oğlu və gəlini tərəfindən evdə işgəncə veruilməsi ilə bağlı video paylaşlıb.



Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti