Ceyhun Bayramov: "Ermənistanın dediyi sözlə əməli arasında fərq var"

  Ceyhun Bayramov:  "Ermənistanın dediyi sözlə əməli arasında fərq var"
  22 Sentyabr 2022    Oxunub:580
"Ermənistan sözdə sülh prosesinə sadiqliyini ifadə edir. Onlar delimitasiya prosesinin aparılmasının tərəfdarı olduğunu deyirlər. Ermənistanın dediyi sözlə əməli arasında fərq var".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov REAL TV-yə açıqlamasında bildirib. Nazir Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açılqamsında diqqət çəkib: "O, iyul ayında etiraf etmişdi ki, terrorçular hələ Qarabağdan çıxarılmayıb. Deməli, ən azı 2 il ərzində ermənilər üçtərəfli sazişi pozublar. Necə olur ki, Laçın şəhəri və ətrafında 2021-ci il Ermənistan istehsallı 1300-dən çox mina aşkarlanıb. Elə isə üçtərəfli sazişə sadiqlikdən necə danışmaq olar? Ermənistan konstruktiv olaraq sülh gündəliyinə yönəlməlidir".

Onun sözlərinə görə, rəsmi Bakı bölgədə sülh və sabitliyin bərpasını istəyir: "Biz sülh gündəliyimizə sadiqliyimizi nümayiş etdirdik, sülh müqaviləsi üzrə görüşün keçirilməsi təklifimizin qüvvədə olduğunu bildirdik. Bizim bu yanaşmamız ABŞ tərəfindən də yüksək qiymətləndirilib. Dövlət Departamentinin açıqlamasına diqqət yetirsəniz, orada da tərəflərə sülh müqaviləsi üzrə danışıqları ən qısa müddət ərzində davam etdirilməsi çağırışı var. Hətta sentyabr ayının sonunadək belə bir görüşün keçirilməsi gözləntisi və çağırışı var".

AzVision.az


Teqlər:





Xəbər lenti